Çempionlar Liqasının əsas mərhələsinin ı turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununa hakim təyinatları açıqlanıb.
Teleqraf UEFA-nın saytına istinadən xəbər verir ki, matçı fransalı FIFA referisi olan Villi Delajo idarə edəcək.
Ona həmyerliləri Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matyo Vernis yerinə yetirəcək.
VAR Jerom Brisara (Fransa), AVAR isə Momçilo Markoviçə (Serbiya) həvalə edilib.
Qeyd edək ki, oyun sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.