David Alaba karyerasını Meksikada davam etdirə bilər

Avstriya millisinin və “Real Madrid”in sabiq müdafiəçisi David Alaba karyerasını Meksikada davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Marca” jurnalisti məlumat yayıb.

Meksikanın “Amerika” klubu 34 yaşlı futbolçunu heyətinə qatmaq variantını nəzərdən keçirir.

Alaba bu yay “Real Madrid”dən azad agent kimi ayrılıb. Təcrübəli müdafiəçi daha əvvəl Almaniyanın “Bayern” və “Hoffenhaym”, eləcə də Avstriyanın “Austria” klubunda çıxış edib.

O, uzun illər Avstriya millisinin də formasını geyinib.