FİFA-dan Türkiyə klublarına transfer qadağası

Türkiyənin “Kayserispor” və “Amedspor” komandaları FIFA tərəfindən transfer qadağasına məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə FIFA müvafiq qərar qəbul edib.

“Kayserispor” növbəti üç transfer dönəmində yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək.

“Amedspor”a isə qadağa aradan qaldırılana qədər qeyri-müəyyən müddətli cəza tətbiq olunub.