İran 2026-cı ildə keçiriləcək Dünya Kuboku oyunlarının Meksikada keçirilməsi üçün FİFA ilə danışıqlar apardığını açıqlayıb.
Teleqraf xəbər verir ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Taca görə, Tramp İran Milli Komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdiyindən, onlar ABŞ-yə getməyəcəklər.
"The Times" qəzetinin verdiyi məlumata görə, FİFA iyun-iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunun üç qrup mərhələsi oyununun İran milli komandasının iştirakı ilə yalnız Meksikada keçirilməsini nəzərdən keçirməyəcək, çünki oyunların biletləri artıq satılıb və məkanın köçürülməsi digər komandalara da təsir edəcək.
Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac, ABŞ prezidenti Donald Trampın ABŞ-da iranlı futbolçuların təhlükəsizliyinə zəmanət verməməsi səbəbindən 2026-cı il dünya çempionatında İran milli komandasının iştirak etdiyi oyunların ABŞ-dan Meksikaya keçirilməsi üçün Beynəlxalq Futbol Federasiyası ilə danışıqlar apardığını açıqlamışdı.
İran komandası qrup mərhələsində Los-Ancelesdə Yeni Zelandiya və Belçika, Sietlda isə Misirlə qarşılaşacaq.
ABŞ, Meksika və Kanadanın təşkilatçılığı ilə baş tutacaq 23-cü Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.