İngiltərənin "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb.
"Report" Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq yeni baş məşqçi təyinatı prosesinə başlanılıb.
Niderlandlı mütəxəssis 2024/2025 mövsümündə komandaya İngiltərə Premyer Liqasında 20-ci çempionluğunu qazandırmaqla yanaşı, ilin məşqçisi mükafatına layiq görülüb.
Sözügedən dönəm ərzində Slotun rəhbərliyi altında "Carabao Kuboku"nun finalına və UEFA Çempionlar Liqasının 1/8 finalına qədər irəliləyən "Liverpul" 2025/2026 mövsümündə çempionluq qazanaraq ardıcıl 2-ci dəfə qitənin nüfuzlu turnirinə vəsiqə qazanıb. Həmçinin Premyer Liqa təmsilçisi 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər yüksəlib və burada iki oyunun nəticəsinə görə (0:4) PSJ-yə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, A.Slot 2024-cü ilin yayından "Liverpul"u çalışdırırdı.