Məhəmməd Salah "Liverpul"dan ayrılacağını elan etdi

"Liverpul" klubu misirli hücumçu Məhəmməd Salah ilə yollarını ayıracaq.

Oxu.Az bildirir ki, M.Salah bu barədə sosial şəbəkə hesablarında məlumat verib.

33 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədə olsa da, o, 2025/26 mövsümünün sonunda "Liverpul"u tərk edəcək.

Misirli hücumçu 2017-ci ildən bəri mersisaydlıların heyətində çıxış edir. O, bu müddət ərzində 435 matçda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.

Salah "Liverpul"un heyətində 9 trofey qazanıb, o cümlədən Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.