17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirindəki ilk matçında məğlub olub.
Axar.az xəbər verir ki, Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə daha iki oyun keçirəcək. Yığma sentyabrın 9-da Moldovanın U-18, sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.