Premyer Liqa: “Sabah” “İmişli”ni darmadağın etdi

Azərbaycan Premyer Liqasının XXIV turunun növbəti oyununda “İmişli” “Sabah”ı qəbul edib.

Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Masazır təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi matçda Stiv Solvet (10-cu dəqiqə), Coy-Lens Mikels (15, 35 - pen.), Kahim Parris (49) və Aleksey İsayev (73 - pen.) fərqləniblər.

Bununla da “Sabah” xallarının sayını 59-a çatdıraraq liderliyini möhkəmlədib. “İmişli” isə 22 xalla doqquzuncudur.

Qeyd edək ki, günün növbəti oyununda “Zirə” “Qarabağ”la qarşılaşacaq.