"Real" hakimlik islahatlarından imtina etdi

"Real" klubu İspaniya Kral Futbol Federasiyasının hakimlik sistemində islahatlarla bağlı layihəsində iştirakdan imtina edib.

QOL.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, klub rəhbərliyi artıq bu mövzuda keçirilən görüşlərə qatılmayacağını federasiyaya bildirib. Madrid təmsilçisi La Liqanı hakimlik baxımdan ədalətsiz turnir hesab edir. 

Qeyd olunur ki, bu mövqe "Jirona" ilə oyundan (1:1) sonra daha da sərtləşib. Həmin matçda Kilian Mbappeyə qarşı epizodda penalti verilməməsi narazılığa səbəb olub.

Hazırda tərəflər arasında münasibətlərin kəskinləşdiyi və "Real"ın əlaqələri bərpa etmək niyyətində olmadığı bildirilir.