“Barselona”dan ayrılacağı gözlənilən Robert Levandovski ilə bağlı yeni iddia ortaya çıxıb.
Teleqraf xəbər verir ki, polşalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin iddiasına görə, Səudiyyə Ərəbistanı klubları 37 yaşlı forvarda Avropa təmsilçilərinin qarşılaması çətin olan yüksək məbləğli təkliflər göndərib.
Levandovski ilə maraqlanan digər klub isə “Milan”dır. Heyətində ciddi dəyişikliklər etməyə hazırlaşan İtaliya nəhəngi təcrübəli hücumçunu transfer etmək istəyir. Lakin “rossonyerlər”in Səudiyyə Ərəbistanı klubları qədər yüksək maaş təklif edə bilməyəcəyi bildirilir.
Buna baxmayaraq, “Milan” Levandovskiyə Avropada rəqabətli futbol mühiti və yüksək səviyyədə çıxış imkanı təklif edir.
Polşalı futbolçunun yaxın müddətdə qərarını verəcəyi gözlənilir. O, ya Səudiyyə Ərəbistanında yüksək maaşlı və daha rahat mühiti, ya da Avropada mübarizəni davam etdirməyi seçəcək.
Qeyd edək ki, Levandovski 2025/26 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb. O, 2486 dəqiqə meydanda olub, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.