İngiltərənin "Tottenhem" futbol klubu baş məşqçi postuna Roberto De Zerbinin gətirildiyini rəsmən açıqlayıb.
Oxu.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssislə razılıq əldə olunduğunu bildirib.
Məlumata görə, tərəflər arasında imzalanan müqavilə 5 illikdir.
Qeyd edək ki, "Tottenhem" ötən həftə xorvatiyalı baş məşqçi İqor Tudorla yollarını ayırmışdı.