Türkiyə Futbol Federasiyası Montella ilə bağlı qərar verdi

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın dünya çempionatını erkən tərk etməsinə baxmayaraq, baş məşqçi Vinçenzo Montellanı postunda saxlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Takvim" qəzeti məlumat yayıb.

TFF rəhbərliyi və italyan mütəxəssis milli komandada bəzi dəyişikliklərin edilməsi barədə razılığa gəliblər. V.Montella vəzifəsində qalacaq, lakin onun məşqçilər heyətində dəyişikliklər ediləcək.

Qeyd edək ki, Türkiyə millisi Dünya Çempionatının qrup mərhələsində iki məğlubiyyət alaraq pley-off mərhələsinə yüksələ bilməyib.