Türkiyə Super Liqasının 4-cü turunda bu axşam "Fənərbaxça" və "Beşiktaş" üz-üzə gələcək.
Sherg.az xəbər verir ki, “Chobani” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.
"Fənərbaxça" 3 turdan sonra 6 xalla 5-ci, "Beşiktaş" isə eyni xalla 3-cü pillədə qərarlaşıb. "Beşiktaş" derbiyə “Arca Çorum FK” üzərindəki 6:2 hesablı qələbə ilə çıxacaq.
"Fənərbaxça"da yeganə itki zədəli Marko Asensiodur. "Beşiktaş"da isə zədəli və cəzalı futbolçu yoxdur.
Ehtimal olunan heyətlər:
"Fənərbaxça": Ederson, Semedo, Skrinyar, Ake, Braun, Kante, Qenduzi, İrfan Can, Oğuz Aydın, Qrinvud, Vedat Muriqi.
"Beşiktaş": Nübel, Murilyo, Djalo, Emirhan, Rıdvan, Salih, Orkun, Olaitan, Çernı, Trossard, Vlahoviç.