Vinisius Junior "Real"la yeni müqavilə imzalamağa yaxındır

İspaniyanın "Real" klubunun hücumçusu Vinisius Junior komandası ilə yeni müqavilə imzalamağa yaxındır.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər əməkdaşlığın uzadılması istiqamətində müsbət mövqe sərgiləyirlər.

2018-ci ildən Madrid təmsilçisinin formasını geyinən oyunçu "Kral klubu"nda qalmağa meyillidir.

Qeyd edək ki, Vinisius Junior cari mövsüm bütün turnirlərdə 44 oyunda iştirak edib, 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.