“Yuventus” Kambiasonun transfer qiymətini açıqladı

İtaliyanın “Yuventus” klubu futbolçusu Andrea Kambiasonun transfer qiymətini müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı italiyalı müdafiəçinin müqaviləsini uzatmağa çalışsa da, tərəflər hələlik razılığa gələ bilməyiblər.

İyul ayı ərzində də yeni müqavilə imzalanmasa, “Yuventus” Kambiasonu transferə çıxarmağı nəzərdən keçirəcək. Klub futbolçu üçün 40 milyon avro (təxminən 47 milyon ABŞ dolları) tələb edəcək.

Qeyd edək ki, Andrea Kambiasonun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.