"Yuventus" yerli futbolçularla klubu gücləndirməyi hədəfləyir

"Yuventus" London "Arsenal"ının müdafiəçisi Rikkardo Kalafiorini transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, tanınmış jurnalist Covanni Albanesenin məlumatına görə, Turin klubunun prezidenti Con Elkann komandada yerli futbolçulardan ibarət güclü heyət yaratmaq niyyətindədir. 

Rəhbərlik bu addımın həm "Yuventus"un, həm də İtaliya millisinin daha uğurlu nəticələr qazanmasına kömək edəcəyini düşünür. Məhz bu səbəbdən 23 yaşlı cinah müdafiəçisi potensial transferlərdən biri kimi nəzərdən keçirilir. Cari mövsümdə "Arsenal"ın heyətində 29 matçda meydana çıxan Kalafiori 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Roma"nın yetirməsi olan futbolçunun "topçular"la hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.