
COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb
11:15 22.11.2024
Gündəm
292
Noyabrın 22-də “Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb.
Sherg.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub. Memorandum COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.
İmzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.
Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
“Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır. Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət