10 Avropa ölkəsi birgə hərbi-dəniz qüvvələri yaradır

Böyük Britaniya və daha doqquz Avropa ölkəsi qitənin şimalında Rusiyadan gələcək potensial təhdidlərin qarşısını almaq məqsədilə birgə hərbi-dəniz qüvvələrinin yaradılması barədə razılığa gəlib.

Sherg.az xəbər verir ki,  məlumata görə, təşəbbüsə Böyük Britaniya, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Baltik ölkələri və Niderland daxildir. Yeni çoxmillətli qüvvələrin əsas məqsədi birgə hazırlıq və təlimlərin təşkili olacaq.

Bildirilib ki, bu qüvvələr NATO-nu tamamlayıcı mexanizm kimi fəaliyyət göstərəcək və zərurət yaranarsa, idarəetmə Böyük Britaniyanın hərbi qərargahından həyata keçiriləcək.

Qeyd olunur ki, ABŞ bu təşəbbüsə daxil deyil, lakin Kanadanın mümkün iştirakı nəzərdən keçirilir.