AMEA ilə bağlı AÇIQLAMA:“Elm, Texnologiya və Sənaye nazirliyi bir qurumda birləşməlidir”
AMEA ilə bağlı AÇIQLAMA:“Elm, Texnologiya və Sənaye nazirliyi bir qurumda birləşməlidir”
Yusif Nəzərli
14:26 17.02.2022
Aktual
734
Son vaxtlar sərt tənqid olunan qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA )və onun nəzdində fəaliyyət göstərən institutlardır.
Cəmiyyətdə AMEA ilə bağlı ikili münasibət mövcuddur. Bir tərəf sözügedən qurumun ləğv olunmasını, digər tərəf isə islahatların aparılmasını iddia edir.
AMEA –nın keçmiş prezidenti Ramiz Mehdiyev arzuolunmaz fəaliyyətinə görə tənqid edilir. Belə ki, ötən günlərdə alimlər R.Mehdiyevi istefaya çağırırdı.
Nəticədə R.Mehdiyev istefa bəyanatını elan etdi.
Bu istiqamətdə mövqeyini "Sherg.az"a danışan təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov bildirib ki, AMEA indiki demokratik hakimiyyətə uyğun gəlmir:
"Qurum Sovetin vaxtında 1945-ci ildə fəaliyyətə başlayıb. Sovet dövləti administrativ dövlət idi. AMEA-da administrativ qurum kimi yaradıldı. Əsas məqsəd dəqiq və təbiət elmlərinin inkişafı olub. Sovet dağılandan sonra bütün yenidən rekonstruksiya getdi. Akademiyanı Təhsil Nazirliyi ilə birləşdirib Elm Təhsil nazirliyi yaratdılar. Akademiyanın institutları universitet fakültələriylə inteqrasiya etdi. Çox az respublikalarda Akademiya qalmışdı, biri də biz idik. Akademiya sovet dövlətinin məntiqinə uyğun biçilmişdi".
Professor Akademiyanın belə formada saxlanılmasının tərəfdarı deyil:
"Azərbaycan elm sənayedə, texnikada tətbiq edilmir, elmi nəticə kimi qalır. Elmi nəticələr formula, düstur formasındadır. Sənayedə tətbiq etmək üçün texnoloq lazımdır. Gərək texnoloq soyuq elmi nəticələri texnoloji reseptlərə çevirsin, nəticədə sənayedə məhsul buraxılsın. Bizdə bu yoxdur, lakin inkişaf etmiş ölkələrdə mövcuddur. Ona görə Azərbaycanın dəyərli alimləri xaricə gedir. Elm, Texnologiya və Sənaye nazirliyi bir qurumda birləşməlidir. Bunun sayəsində dünya arenasına çıxa bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial