19 yaşlı şəhidin son sözləri: "Nişan alıb, vura bilməyən oğlan əsgər deyil"
Yusif Sultanoğlu
11:10 30.01.2021
Gündəm
1612
Qarabağın işğalından sonra Azərbaycanda doğulan hər körpə ürəyində yurd dərdi ilə dünyaya göz açdı. Həmin cocuqlar böyüdü, məktəbdə, evdə bir cümlə eşitdilər: “Torpaqlarımızın 20 faizi işğaldadır”. Torpaq həsrətini layla kimi dinlədilər, duydular. Bir an olsun yaddan çıxarıb, Qarabağın işğalı ilə barışmadılar.
Vətən savaşında əsl qəhrəman kimi vuruşub, heç görmədikləri torpağı yağılardan geri qaytardılar. Onlardan şəhadətə ucalanlar da oldu. Şəhidlər Xiyabanını ziyarət edəndə hamı görüb yəqin 2000, 2001, 2002 təvəllüdlü oğulları... Baş daşlarından gülümsəyib, üzlərindəki nurla ətrafa işıq saçırlar.
Şəhid Mətləb Əkbərov da o savaşçı cocuqlardan biridir.
İgidimizin 19 yaşı var imiş. 2001-ci ildə Siyəzən rayonunda dünyaya göz açıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sonra müddətdən artıq hərbi qulluqçu kimi orduda çalışmağa başlayıb. Elə çox deyil, 3 aydır hərbçi kimi işləyirmiş. Sonra İkinci Qarabağ savaşına yola düşür, mərdliklə vuruşub, şəhadətə ucalır.
Atası Zülfüqar bəy deyir ki, hərbçi olmaq Mətləbin öz arzusu idi: “İşdə idim, zəng etdi ki, ərizə yazıb, orduda qalacam. Sentyabrın 27-si müharibə başladı. O da savaşa getdi. Oktyabrın 9-u şəhidlik xəbəri gəldi. Füzuli istiqamətində şəhid olub”.
Kədərli ata oğlunun döyüş yoldaşlarının onu ziyarətə gəldiyini söyləyir:
“Bir silahdaşının adı Həmiddir. Onunla birgə Şəhidlər Xiyabanına getdik, oğluma baş çəkdik. Mətləb haqqında danışdıq, deyir o, qorxaq uşaq olmayıb. Dostlarına əlindən gələn qədər köməklik göstərib”.
Atası müharibə zamanı oğlu ilə söhbətlərini kövrək şəkildə yada salır: “Onunla danışarkən qəhərlənirdim. O da həmişə deyirdi, ağsaqqal, qorxma ürəyini sıxma, biz qələbə çalacağıq.
Bir gün zəng edəndə dedi ki, silahımız tükəndi, amma bəxtimiz gətirdi, postu ala bildik: “Ermənilərdən bir binokul götürmüşəm, pulemyotun üstünə bağlamışam.
Gecə baxanda sanki uzaqdakı düz qabağımda durur”. Özü də qayıtdı ki, bununla nişan alıb, vura bilməyən oğlan əsgər deyil. Ötən dəfə məktəb direktoru bizə gəlmişdi.
Onun məktəb illərindən danışdı, söhbət elədi. Deyir, birinci sinfə gedəndə, hər dəfə məktəbdəki bayrağı öpürmüş. Mətləb uşaqlıqdan vətənpərvər olub.
Bayrağına, millətinə sadiq insan idi”.
Allah rəhmət eləsin...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə