“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək
Yusif Nəzərli
05:30 12.04.2022
Qarabağ
785
“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı
Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə təşkil olunacaq yarışmaya qatılacaq.
Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Smart Qarabağ” Hakatonuna qeydiyyat yekunlaşıb.
Azərbaycandan ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, “Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub.
Münsiflər heyəti daxil olmuş 188 müraciəti tədbirin şərtləri çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan iştirakçıları təyin edəcəklər.
Qeyd edək ki, “Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial