Co Bayden İlham Əliyevə məktub ünvanlayıb
Yusif Nəzərli
09:32 01.06.2022
Gündəm
579
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.
Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya