Ermənilərə son şans verilib
Yusif Nəzərli
11:34 13.08.2022
Siyasət
642
Bundan sonra heç bir qüvvə Azərbaycanı antiterror əməliyyatlarından saxlaya bilməz
Artıq Rusiya sülhməramlıları da fəaliyyətlərini Azərbaycanın hüquqi çağırış və tələbləri əsasında qururlar
“Azərbaycanın keçirdiyi “Qisas” antiterror əməliyyatı, Gorus-Xankəndi yoluna alternativ marşrutun tikintisinin yekunlaşması ermənilərin dalandakı hayqırtılarını çoxaldır”. Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin ümid bağlayacağı yerlərin ağzının “qıfıllanması” ilə əlaqəlidir: “İndi mülki ermənilər özlərinin taleyini Ermənistanın əllərinə buraxmaq istəmir. Üstəgəl, sülhməramlıların, daha dəqiqi, Rusiyanın saqqızını oğurlaya bilmək potensialından da məhrum olurlar. Azərbaycan dövləti 10 noyabr bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan əraziləri hərbi infrastruktur, iqtisadi alətlər və kəşfiyyat imkanları ilə mühasirəyə alıb.
“Qisas” əməliyyatı həmin imkanların uğurla sınaqdan keçirilməsi idi. Rusiya haqqında formalaşmış “Moskva imkan verməz ki, Azərbaycan əməliyyat keçirsin” təsəvvürlərini darmadağın etdi. İndi ermənilər daha aydın şəkildə dərk etməlidir ki, onlar ya Azərbaycan bayrağı altına keçib vətəndaşlıq üçün lazım olan kriteriyaları yerinə yetirməli olacaq, ya da ki, taleləri havadan asılı qalacaq. 10 noyabr bəyanatı ermənilərin Rusiyaya bəslədiyi inamı havaya sovurmamışdı. Ancaq “Qisas”dan sonra istər İrəvan, istərsə də, Qarabağdakı ermənilər anladılar ki, sülhməramlılar Azərbaycanın bundan sonrakı hər hansı antiterror əməliyyatlarını saxlaya biləcək qüvvə deyil”.
Ekspertə görə, Azərbaycanla Türkiyə birgə addımlar ataraq Rusiya sülhməramlılarının faktiki statusunu dəyişə bildi: “Yəni Bakı-Ankara birliyi Rusiya qoşunlarının Azərbaycan ərazilərinə işğalçı kimi deyil, sülhyaratmanın bir missiyası olaraq gəlməsinə nail oldu. Təbii ki, Azərbaycan hər addımı nəzarətdə saxladı. Sülhməramlıların dəxlisiz və mandatdan kənar fəaliyyətlərini tənqid etdi. Rusiya hərbi-siyasi rəhbərliyi ilə mütəmadi əlaqələr saxlayaraq problemlərin aradan qalxması tələblərini səsləndirdi. Bundan sonra Qarabağdakı Rusiya hərbçiləri özlərinə çəki-düzən verməyə başladı.
Hazırda onlar fəaliyyətlərini Azərbaycanın hüquqi çağırış və tələbləri əsasında qururlar. “Qisas”dan sonrakı panorama göstərdi ki, Azərbaycan həm Qərb, həm də Rusiya münasibətlərdə artan əhəmiyyəti fonunda antiterror əməliyyatları və ya digər hərbi əməliyyatlarda qətiyyətli olduğunu sübut etdi.
Azərbaycanın “Qisas” əməliyyatı həm Rusiya, həm də Qərbin qırmızı xətlərini yoxladı. Azərbaycan növbəti əməliyyatların ayaq səslərini eşitdirir, hər hansı təxribat baş qaldırsa, Bakı yenidən silahları işə salacaq. Qərb insan hüquqları, Rusiya isə təhlükəsizlik məsələsini qabartsa da, bunlar çox xırda detallardır. Onlar Bakının gələcək addımlarının qarşısına keçməyəcəklər. Hazırda ən çox hərəkətlilik Azərbaycan-Ermənistan sərhədində müşahidə olunur və növbəti lokal əməliyyatların ünvanı bu region ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq