Alimlərdən SOS siqnalı! - "Yüksək temperaturlu hava ölümcül dəri xərçəngi yaradır"
Yusif Nəzərli
09:28 15.08.2022
Cəmiyyət
646
İngiltərədə aparılan araşdırmaya görə, yüksək temperaturlu havalar ölümcül dəri xərçəngi (melanoma) xəstəliyinin geniş yayılmasına səbəb olacaq.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, klimatoloqlar araşdırma zamanı insanların günəşdə çox vaxt keçirdikləri və ultrabənövşəyi radiasiyaya daha çox məruz qaldıqları təqdirdə, onların sağlamlıqlarında ciddi problemlərin yaranacağını bildiriblər. İngiltərəli alimlər ölkələrində qeydə alınan tarixin ən yüksək temperaturuna – 40,2 dərəcə selsiyə diqqət çəkiblər. Onların fikrincə, isti havalar iqlim böhranının nəticəsidir.
Lids Universitetində melanoma tədqiqat qrupuna rəhbərlik edən klinisist alim Kuliya Nyuton-Bişop bu barədə şərh verib.
"Melanoma əsasən günəş yanıqlarından qaynaqlanır və bu hava o qədər istidir ki, günəş yanıqlarının və daha sonra xəstələnmə hallarının artacağından narahatam",- deyə qeyd edib.
Tədqiqat haqqında danışan Şeffild Universitetinin tibbi onkologiya professoru Sarah Danson da melanoma xəstələrini müalicə edən bir klinisist kimi, isti yaylarda davam edən tendensiyanın daha çox xəstəliyə və ölümə səbəb olacağından narahatlığını ifadə edib.
Məlumat üçün bildirək ki, “Cancer Research UK”-nin datalarına görə, 1970-ci illərdən bəri İngiltərədə dəri xərçəngindən ölüm nisbətləri üç dəfədən çox artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq