Laçınlıların həsrətinə son qoyulur
Yusif Nəzərli
14:13 15.08.2022
Qarabağ
1137
Mahir Abbaszadə:“Artıq Laçın rayonuna köç başlayır . Mənim özüm də, Laçın rayonunun Zabux, Sus kəndinin, şəhər mərkəzinin əhalisi də bu xoş xəbəri yüksək səviyyədə qarşılayırıq”
“Laçınlılar olaraq Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna öz təşəkkürlərimizi bildiririk”
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı juranlist dövlət baçısına “Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Bununla bağlı məsələ nə yerdədir?”- sualını ünvanlayıb. Ölkə rəhbəri bu barədə danışarkən bildirib:
“ Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə isə yaxın zamanda Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlayacaq. Hazırda bu kəndlərə qayıdacaq əhalinin sayı dəqiqləşdirilir: “İşğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə Laçına gözlənilən qayıdışla bağlı “Sherg.az”a danışıb:
“Rusiya-Azərbaycan-Ermənistan arasında imzlanmış 10 noyabr Bəyanatına əsasən Laçın rayonunun şəhər mərkəzindən keçməklə Ermənistana gedəcək yol Qarabağda yaşayan etnik ermənilərin İrəvanla olan əlaqələrinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Eyni zamanda Bəyanatın maddələrinə uyğun olaraq Azərbaycan tərəfi yaxın üç il ərzində yeni bir yolun çəkilişini öz öhdəsinə götürüb.
Hansı ki bu yol Qarabağda yaşayan etnik ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq üçün nəzərdə tutulur. Artıq Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri yüerinə yertirir. Bizdə olan məlumatlara görə artıq yeni yol istifadəyə verilib. Belə olduqda bu gün Laçın rayonu şəhər mərkəzinin Sus və Zabux kəndində olan rus sülhməramlı qüvvələri yeni yolun mühafizəsi ilə məşğul olmağa başlayacaqlar. Bu isə onu göstərir ki, Laçın rayonu şəhər mərkəzinə və eyni zamanda həmin kəndlərdə qeyri-qanuni məskunlaşdırılmış ermənilər bundan sonra həmin ərazilərdən köçürülməli və bu ərazilərdən köçkün düşmüş Laçınlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Bununla bağlı Prezident İlham Əliyevin tapşırıqları var” .
Deputat bütün laçınlıların illərdir, böyük həsrətlə bu günü gözlədiyini diqqətə çatdırıb:
“Artıq Laçın rayonuna köçün başlanması onu göstərir ki, bizim həsrətimizə son qoyulur. Mənim özüm də, Laçın rayonunun Zabux, Sus kəndinin, şəhər mərkəzinin əhalisi də bu xoş xəbəri yüksək səviyyədə qarşılayırlar. Laçınlılar olaraq Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna öz təşəkkürlərimizi bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
M.Abbaszadə vurğulayıb ki, Azərbaycan Ordusu işğaldan azad etdiyi Zəngilan Kəlbəcər, Laçın və Qubadlı rayonlarının Ermənistanla olan sərhəddinin təhlükəsizliyini kifayət qədər yüksək səviyyədə təmin edir:
“Ermənistan-Azərbaycan sərhəd ərazilərinə ən yaxın məsafə məhz Laçın rayonunun ərazisindədir. Ona görə də burda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sərhəd xidmətinin əsgər və zabit heyəti sərhədlərimizin yüksək səviyyədə qorunmasını təşkil edirlər”.
Deputatın sözlərinə görə, ölkəmizin iqtisadi gücü sayəsində Ermənistanla sərhəddə fəaliyyət göstərən Azərbaycan ordusunun postlarına yollar çəkilir, həmin yerlər qaz,su ilə təmin edilir:
“Bu isə oraya köçürüləcək əhalinin də çox yüksək səviyyədə yaşayacağına dəlalət edir. Bu geri dönüş bizim üçün çox böyük bir bayramdır. Bayarmımız qutlu olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq