Azərbaycanda bir sıra qəzetlər yeni tərtibata keçib
Yusif Nəzərli
07:15 24.11.2022
Media
1276
“Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçib, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, MEDİA Agentliyi də bu çağırışlardan çıxış edərək yeni trendlərə uyğunlaşma prosesində çap mediasına dəstəyini davam etdirir:
“Bu istiqamətdə dövlət dəstəyinin məqsədi çap mediası subyektlərinin yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, eyni zamanda texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində qəzetlərin mövcudluğunun qorunub saxlanılmasına köməklik göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına, bununla yanaşı cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir”.
Ə.İsmayılov bildirib ki, MEDİA Agentliyinin dəstək verdiyi 6 gündəlik, 10 həftəlik olmaqla bütün qəzetlərdə, habelə onların eyniadlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü göstərir:
“Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub. Məsuliyyətlə deyə bilərik ki, çoxşaxəli konvergensiya prosesinin ayrılmaz elementi olan qəzet saytlarının yenidən qurulması prosesi artıq başa çatmışdır. MEDİA Agentliyi ümumi dəstək zərfində qəzet saytlarının inkişaf etdirilməsini öhdəlik kimi irəli sürmüş və bunun üçün birdəfəlik vəsait ayırmış, eyni zamanda, aylıq dəstək göstərməyə də davam etməkdədir”.
MEDİA-nın rəhbəri qeyd edib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə dəyişilib: “Bunun nəticəsi olaraq deyə bilərik ki, qəzet saytları onlayn media subyektlərindən geri qalmır, əksinə məzmun yaratmaq, əhəmiyyətli kontent istehsal etmək baxımından fərqlənə bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə