Bağçalarda isti yeməklər veriləcək
Yusif Nəzərli
21:24 30.03.2023
Sağlamlıq
1030
Süd, ağartı və toyuq məhsulları ciddi nəzarətdən keçməlidir
“Bakıda (bir qisim), Gəncə, Mingəçevir və Bərdədəki dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb”. Bu sözləri Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Şöbə müdiri bildirib ki, hazırda pilot layihə ilə bağlı tədqiqat gedir və ilkin geridönüşlər müsbətdir: “Aprel ayına qədər tədqiqatı bitirmək niyyətindəyik. Bundan sonra valideynlər və bağça əməkdaşları arasında sorğu edə, yaxud özümüz bağçalarda monitorinq keçirə bilərik ki, bu istəyimiz necə alınır. Yekun rəy əsasında pilot layihənin əhatə dairəsinin genişləndirilməsi və ya təkmilləşdirilməsi barədə qərar verəcəyik”.
İsti yeməyin mahiyyətinə gəlincə, nazirlik rəsmisi vurğulayıb ki, əvvəl bağçaya ərzaq verilirdi və oranın xidməti heyəti yeməyi bişirib uşaqlara paylayırdı: “İndi isə misal olaraq, bir ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəldən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Artıq yeməklərlə bağlı şəffaflıq yaranır ki, heç bir müdaxilə yoxdur. Çünki bəzən verilən ərzaqların "hamısı bişirildimi və ya uşaqların hamısına çatdımı" sualları yaranırdı. İndi isə bilirik ki, uşağın qarşısına uyğun kaloridə və miqdarda hazır yemək gedir. Bu mənada ilkin təəssüratda pilot layihə uğurlu modelə oxşayır”.
E.Əliyev bağçaların mətbəxinin bağlanacağına dair fikirlərin doğru olmadığını söyləyib:
“Bağçanın mətbəxinin müəyyən istifadəsi var. Çünki xidmət yeri yenə də bağçanın özüdür. Bağçanın özünün mətbəxində yeməklərin hazırlanması bağçanın həcmindən asılıdır. Misal olaraq, bir ərazidə 3 yanaşı bağça var, amma kiçik bağçada mətbəx qurulması o qədər də əlverişli olmaya bilər. Həmin bağçalar üçün ketrinq daha sərfəli olar”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə “Şərq”ə açıqlamasında bildirib ki, uşaqların sağlam qidalanması mühüm şərtdir. Bağçalar və digər təhsil müəssisələrində sağlam qida məhsullarına üstünlük verilməli, səhərə qida məhsulları saxlanılmamalıdır.
Pilot layihəni dəyərləndirən A.Salamovun sözlərinə görə, uşaq bağçalarını isti yeməklə təmin edən ketrinq şirkətinin hansı şərtlərdə fəaliyyət göstərməsi çox vacibdir: “Xüsusən də orada çalışan işçi heyətinin 6 aydan bir tibbi müayinədən keçməsi ilə bağlı müvafiq qaydalar tətbiq edilməlidir. Həmin şirkətləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
birbaşa nəzarətə götürməlidir. Uşaqların sağlamlığı baxımından qida zəncirində qırılmaların olub-olmaması, riskli qidaların bişirilmə və ərzaqların saxlanılma şəraiti, yeməklərin isti qalmasını təmin etmək üçün hansı qablarda daşınacağı da vacibdir. Şirkətə daxil olan məhsulların mənşəyi araşdırılmalıdır. Onun hansı temperaturda oraya çatması məlum olmalıdır. Bəlkə həmin ketrinq şirkəti daha çox gəlir əldə etmək üçün ucuz qiymətə cücərmiş və vaxtına az qalmış ərzaqları alıb yeməklərdə onlardan istifadə edir? Bütün bunlara ciddi nəzarət olunmalı və mütəmani reydlər keçirilməlidir. Süd, ağartı və toyuq məhsulları ciddi nəzarətdən keçməlidir. Toyuqlarda mikrobioloji çirklənmə olduğu zaman, bu, uşaqlara da təsir edir. Ketrinqə gələn ətin emalına ciddi fikir verilməlidir. Onun hansı temperaturlu otaqda emalına ciddi nəzarət tətbiq edilməlidir. Həmçinin onun emal prosesinə fikir verilməlidir. Bütün bunları araşdırmaq lazımdır. Onların şəraiti, temperaturu, hətta ərzaq doğranılan taxtanın təmizliyi araşdırılmalıdır. Ət doğranılan taxta ilə tərəvəz taxtaları ayrılmalıdır. Bu da uşaqlar arasında zəhərlənməyə səbəb olur. Soyuq depolar da yoxlanılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya