Qalmaqallı uşaq evi ilə bağlı niyə rəsmi açıqlama yoxdur?
Yusif Nəzərli
09:52 03.04.2023
Cəmiyyət
492
“Hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.
Bu sözləri Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son günlərdə gündəm olan 3 saylı uşaq evi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Mehriban Zeynalova sosial şəbəkələrdə böyük müzakirə doğuran uşaq evi ilə bağlı müəyyən qurumların reaksiya vermədiklərini dilə gətirib:
“Sosial şəbəkələrdə 3 saylı uşaq evindəki yeniyetmə ilə bağlı müzakirələr dayanmır. Əvvəlcə orada uşaqlara yemək verilməməsi məsələsi gündəmə gəldi. Bir çoxları buna elə də diqqət yetirmədilər. Amma həmin paylaşımdan sonra uşağın dərhal xəstəxanaya yerləşdirilməsi qərəz kimi görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı açıqlama verdi. Amma əsas qurumlar var ki, onlar hələ də bu məsələ ilə bağlı heç bir reaksiya verməyiblər. Bununla da artıq hər kəs düşünür ki, uşaq düz deyir və ona görə də o cəzalandırılıb. Bütün bu hadisələrin tezliyi onu göstərir ki, burada qərəz var. Ola bilər ki, həmin uşaq xəstəxanada, sadəcə olaraq, davranış pozğunluğuna görə həkim nəzarəti altındadır. Amma aidiyyəti qurumlar açıqlama vermir deyə hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.
Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə sözügedən uşaq evində qalan yeniyetmənin videosu yayılıb.
Videoda yeniyetmə müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:
“Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
Xatırladaq ki, uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm