
Zəngəzur dəhlizi mütləq açılacaq - Politoloq
08:42 02.06.2023
Gündəm
535
Ermənistan tezliklə bu reallıqla barışmaq məcburiyyətində qalacaq
Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş yaxın vaxtlarda keçiriləcək. Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, İşçi qrupun görüşündə Ermənistan və Azərbaycan arasında sərhədi keçmək üsulu ilə bağlı texniki detallar nəzərdən keçiriləcək:
"Söhbət beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər növ nəzarətin təşkilindən gedir". Rusiya baş nazirinin müavini tərəflərin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına yaxın olduqlarını da söyləyib. O bildirib ki, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycan vasitəsilə Rusiyaya, Aİ ölkələrinə, İrana keçmək imkanı əldə edəcək. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan isə kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılacağını və bunun gündəlikdə yeganə məsələ olduğunu deyib. Qriqoryanın sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistan üçün “qırmızı xətt”dir: “Biz nəqliyyat kommunikasiyası haqqında danışmağa hazırıq. Dəhliz termini xüsusi rejimi nəzərdə tutursa, o zaman danışmağa hazır deyilik. Dəfələrlə bildirmişik ki, bu, “qırmızı xətt”dir, belə bir sual müzakirə olunmayacaq. Üçtərəfli görüşdə bu məsələnin qaldırılacağını düşünmürəm, ən azından mənasızdır”. Məlumat üçün deyək ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Üçtərəfli İşçi qrupun növbəti iclasının keçirilməsi barədə qərar mayın 19-da Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının Moskva görüşündə qəbul olunub. Mayın 25-də dövlət başçılarının Kremldəki danışıqlarında təsdiqlənib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, hər bir dövlətin "qırmızı cizgiləri" olur. Ancaq məğlub dövlətlərin "qırmızı cizgilər"ini özlərindən başqa heç kim görməz.

Analitik vurğulayıb ki, Ermənistan da indiyə qədər çoxlu sayda "qırmızı cizgilər" sadalayıb. Halbuki heç kim rəsmi İrəvanın dediklərinə əhəmiyyət verməyib:
"Ermənistan məğlub ölkədir və indi onun "qırmızı cizgiləri" yalnız öz mövcudluğunu qorumağa çalışmaq ola bilər. Bundan artıq nəsə mümkün deyil.
Hazırda Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan deyil, bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasında Avropa və Asiya ölkələri də birbaşa maraqlıdır. Ona görə də indi bu dəhlizə nəzarət uğrunda amansız mübarizə mövcuddur. Ancaq bu mübarizədə Ermənistan iştirak etmir. Ermənistanın bu prosesdə mövcudluğu sadəcə, formal xarakter daşıyır. Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə isə əsasən ABŞ, Qərb və Rusiya arasında gedir. Kreml bu dəhlizə Rusiya hərbi və gömrük kontingentinin nəzarət etməsinə cəhd edir. 10 noyabr üçtərəfli anlaşmasında Kreml bu barədə ayrıca maddə yerləşdirməyə nail olub. Ancaq ABŞ və Qərb bununla qətiyyən razılaşmaq niyyətində deyil. Ona görə də Vaşinqton və Brüssel görüşlərində Zəngəzur dəhlizinə Beynəlxalq Gömrük Təşkilatının nəzarət etməsi barədə ideya gündəmə gətirilib. Böyük ehtimalla müzakirələrin sonrakı mərhələlərində bu ideya əsas prinsip kimi müzakirə ediləcək".
E.Xalidbəyli qeyd edib ki, ABŞ və Qərb bu məsələnin Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə müzakirə edilməsinə də qətiyyən ehtiyac duymur:
"Bu baxımdan Moskvada keçiriləcək görüşdə bu məsələnin gündəmə gətirilməyəcəyinin bəyan edilməsi tamamilə normaldır. Ümumiyyətlə isə Zəngəzur dəhlizi hazırda intensiv şəkildə müzakirə edilməkdədir. Azərbaycan və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. ABŞ və Qərb də buna dəstək verir. Ona görə də Rusiya və Ermənistanın müqaviməti heç bir əhəmiyyət daşımır. Zəngəzur dəhlizi əvvəl-axır istənilən halda, Azərbaycan və Türkiyənin diktə etdiyi şərtlər daxilində mütləq açılacaq. Əks halda, digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr də real nəticə verməyəcək və Ermənistan indiki blokada şəraitindən çıxa bilməyəcək. Halbuki blokadadan çıxmaq indi Ermənistan üçün əsas mövcudluq şərtidir. Ona görə də Ermənistanın tezliklə bu reallıqla barışmaq məcburiyyətində qalacağı və Zəngəzur dəhlizinin açılacağı qətiyyən şübhə doğurmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya