Beyin axını! - Həkimdən rektora MÜRACİƏT: "...əlinizdə, ovcunuzda saxlayın"
14:23 13.07.2023
Cəmiyyət
1458
"Azərbaycanlı ziyalıların, xüsusilə də, həkimlərin xaricə getməsinin yeganə səbəbi onlara layiq olduqları qiymətinin verilməməsidir. Biz oxuduğumuz dövrdə ali təhsil müəssisəsini qırmızı diplomla bitirənlər universitetin müxtəlif kafedralarında saxlanılırdı. Həmin gənclər elmi işə cəlb edilirdilər və onlardan gələcək alimlər yetişirdi".
Bunu "Sherg.az"a açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib. O, vurğulayıb ki, universiteti qırmızı diplomla bitirən "n" sayda gənc tanıyır, lakin ali təhsil müəssisələri heç birinə əl uzatmayıb, köməklik göstərməyib:
"Elmi potensialı yüksək olan məzunları kafedralarda saxlamadıqları üçün hamısı xaricə üz tuturlar. Onlardan biri elə öz oğlumdur. Tibb Universitetini qırmızı diplomla bitirdi, hazırda Türkiyəyə getməyə hazırlaşır. Bizim Tibb Universitetinə lazım olmadı, amma İstanbul Universiteti yüksək əmək haqqı müqabilində dəvət etdi. Ali təhsil müəssisələri əlaçı, savadlı, bilikli tələbələri itirir. "Bəli, baş üstə" deyən, sözəbaxan, ələbaxan, müti tipli, professorun hər sözünü dəftərçəsinə qeyd edən, kölə təfəkkürlü tələbələri ali məktəblərdə saxlayırlar. Bəs elmli, ziyalı adamlar harada, hansı maaşla, necə işləsinlər?! Məcburən ölkəni tərk edirlər. Azərbaycanın əsas problemlərindən biri beyin axınıdır. Savadlı kadrların xarici ölkələrə üz tutması gələcəkdə ciddi problemlər yarada bilər".
Həkim-nevroloq "Sherg.az" vasitəsilə xüsusilə, Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə müraciət edib:
"Qırmızı diplomla təhsilini başa vuran, Azərbaycanın istedadlı tələbələrini əlinizdə, ovcunuzda saxlayın. Onları universitetlərdə, kafedralarda işlə təmin edin. Həmin gənclər Azərbaycan səhiyyə sisteminin, tibb elminin uğurlarını artırmaq üçün əməli işlər görsünlər. İstedadlı gənclərə rəqib gözüylə baxmayın, universitetdən uzaqlaşdırmayın. Niyə təhsilini qırmızı diplomla başa vuran adamların xarici ölkələrə getməsinə, orda işləməsinə səbəb olursunuz?! Axı gedənlərin çox az hissəsi qayıdır. Rektorsunuz, savadlı, elmi potensiallı, istedadlı məzunları həvəsləndirməli, elmi işlərə cəlb etməlisiniz. Amma əksini görürük. Təəssüf ki, universitetdə qalıb, fəaliyyətini davam etdirənlər, işə başlayanların əksəri oxuduğu müddətdə nailiyyətləri ilə çox da seçilməyən tələbələrdir".
Qeyd edək ki, Alman Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan statistikasına görə, Almaniyada 421.000 həkim çalışır. Onlardan 60 minə yaxını (14 faizdən çoxu) xarici ölkələrdən gələn həkimlərdir. Almaniyaya gedən azərbaycanlı həkimlərin sayı isə 1359 nəfərə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol