Bahar Muradova: "Küçələrdə qalan uşaqlar var"
Yusif Nəzərli
07:49 19.07.2023
Gündəm
367
"Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var və bu, çox ağrılı mövzudur".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi 3-dür. 2021-ci ildə isə bu rəqəm 19 olub:
"Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir. Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik.
Sizə deyim ki təkcə uçaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçir. Bunun səbəbi bizə məlum deyil. Amma bu məqam yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Amma düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya