ABŞ və Qərb baş naziri qorumaq üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır
Paşinyanı devirmək o qədər də asan olmayacaq
Paşinyanı devirmək o qədər də asan olmayacaq
Yusif Nəzərli
07:23 27.09.2023
Siyasət
554
Dirəniş güclüdür
ABŞ və Qərb baş naziri qorumaq üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır
ABŞ və Qərb baş naziri qorumaq üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır
Sentyabrın 19-dan Ermənistan paytaxtında başlayan etiraz aksiyaları davam edir. Hökumət əleyhinə mitinqlər keçirən etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Aksiyalarda hər gün yüzlərlə etirazçı saxlanılır. Etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə, bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Nikol Paşinyan istefaya göndərilsin. Tevanyan, həmçinin qeyd edib ki, hökumət başçısının ölkə üçün yeni ölümcül sənədlər imzalamasının qarşısını almaq lazımdır.
Ermənistanda hökumət əleyhinə etirazları "Sherg.az"a təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, Paşinyan hakimiyyəti Rusiya və Ermənistan arasındakı münasibətləri ciddi şəkildə korlayıb. Hətta iki ölkə arasında əlaqələrin qopma nöqtəsinə gəldiyi də açıq-aşkar müşahidə olunur. Analitikin sözlərinə görə, Paşinyan hakimiyyəti Ermənistanın bütün uğursuzluqlarında və məğlubiyyətlərində Rusiyanı günahlandırır:
"Rusiyanı Ermənistanın müstəqilliyinə ciddi təhlükə törətməkdə suçlayır. Son vaxtlar Kreml də Baş nazir Nikol Paşinyanın bu ittihamlarına sərt reaksiya verməyə başlayıb. Eyni zamanda Kremldə anlayırlar ki, Paşinyan hakimiyyəti devrilməsə, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması qaçılmaz olacaq. Ona görə də Kreml Azərbaycanın hərbi-siyasi qələbələrindən Paşinyan hakimiyyətini devirmək üçün istifadə etməyə çalışır. Azərbaycan Ordusunun son lokal antiterror tədbirlərinin nəticələri də Ermənistanda daxili gərginliyi artırmaq, siyasi xaos yaratmaq üçün Kremlə əlavə imkanlar açıb. İndi Kreml Rusiyaya bağlı revanşist erməni müxalifətini Ermənistanda hakimiyyət çevrilişi üçün səfərbər etməyə çalışır. Kremldə əmindirlər ki, Ermənistana nəzarəti yenidən bərpa etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi yeganə çıxış yoludur. Əgər buna nail olunmazsa, onda Rusiyanın Ermənistanı işğal etməkdən başqa variantı qalmayacaq. Kremlin planları arasında Ermənistan dövlətçiliyinin ümumiyyətlə, ləğv edilməsi və onun ərazisinin Rusiyanın quberniyasına çevrilməsi də daxildir. Paşinyan hakimiyyətinin devrilməsi baş tutmasa, Rusiya bu addımı atmaq məcburiyyətində qala bilər.
Hazırda baş verənlər onu göstərir ki, Rusiyaya bağlı siyasi qüvvələrin Ermənistanda sosial dayaqları Paşinyan hakimiyyətini devirmək üçün yetərli deyil. Yəni Paşinyan hakimiyyəti ölkədaxili kütləvi etiraz dalğasına qarşı duruş gətirə biləcəyini sezdirir. Eyni zamanda ABŞ və Qərb də Paşinyan hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə edir. Bəzi məlumatlara görə, hərbi təlimlər bəhanəsi ilə Ermənistana gətirilmiş ABŞ hərbçiləri əslində, Paşinyan hakimiyyətinin devrilməsinə qarşı rəsmi dairələrin müqavimətinin artırılması istiqamətində fəaliyyət göstərirlər. Paşinyan hakimiyyətinin qorunması prosesində Avropa Birliyinin Ermənistandakı fransız və alman casuslarından ibarət mülki müşahidə missiyasının da iştirak etdiyi bildirilir. Yəni ABŞ və Qərb Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır".
E.Xalidbəylinin fikrincə, belə situasiyada Paşinyan hakimiyyətini devirmək o qədər də asan olmayacaq: "Böyük ehtimalla Baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumağa və bir müddət sonra mövqelərini daha da möhkəmləndirməyə nail ola bilər. Bu baxımdan, erməni revanşist-radikalların terror variantına əl ata biləcəkləri də qətiyyən istisna deyil. Çünki erməni siyasi-ideoloji düşüncəsi terrorizm üzərində qurulub. Ona görə də Baş nazir Nikol Paşinyana qarşı terror və ya sui-qəsd törədilərsə, bu, qətiyyən gözlənilməz olmayacaq. Hər halda Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanmasında iştirak edən bir neçə radikal qruplaşma üzvünün həbs edildiyi də bildirilir. Ümumiyyətlə, hazırda Ermənistan özü üçün ən qeyri-müəyyən dövrə qədəm qoyub. Bu ölkədə baş verənlərin necə nəticələnəcəyi yaxın aylarda tədricən aydınlaşdırmağa başlayacaq. Hələlik isə Ermənistanda Rusiyanın Ukraynada olduğu kimi, ABŞ və Qərblə hibrid savaş içində olduğu qətiyyən şübhə doğurmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm