Ərdoğan mesaj verdi, Azərbaycan addım atacaq
Ərdoğan mesaj verdi, Azərbaycan addım atacaq
Yusif Nəzərli
23:26 26.09.2023
Siyasət
469
Şimali Kipr Türk Cümhuriyyətini tanımasına heç nə mane olmur
Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-ü Qazaxıstanda keçiriləcək növbəti Zirvə Toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) iştirak etməsini istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə ciddi əzmkarlığı var: "Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, KKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir. Adanın reallıqları göz qabağındadır və KKTC Kiprdə bir reallıqdır”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, bununla ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımaq istiqamətində addımlar ata bilər. Ekspertin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da belə bir istəyi var: "Keçmişdə rəsmi Bakı Kuzey Kıbrıs məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Qarabağ separatçılarını tanıya bilərdi. Artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi mövcuddur. Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan Prezidenti İlham Əliyevin KKTC Prezidenti Ersin Tatarı 3 oktyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini xatırladıb. Ərdoğan ölkə başçısı İlham Əliyevin KKTC-yə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də KKTC-ni tanımasına heç nə mane olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm