Sülhməramlılar Qarabağı tərk etdi, əvəzində...
08:45 24.11.2023
Siyasət
475
Rusiya sülhməramlılarının Qarabağda rotasiyası başa çatıb və bölgədən çıxarılanların yerinə yenilənmiş kontingentin gətirilməsi həyata keçirilir.
Axar.az Publika.az-a sitinadən xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.
“Hraparak” nəşri yazır ki, sülhməramlıların özləri də Qarabağda nə işlə məşğul olacaqlarını dəqiq bilmirlər.
“Əldə etdiyimiz məlumata görə, əvvəlki kontingent Ermənistan üzərindən Qarabağı tərk edib, onların əvəzinə yenilənmiş kontingentin hərbçiləri bölgəyə daxil olur. Qarabağa gedən hərbçilərin birindən öyrəndik ki, onlar “Zvartnos” hava limanına eniblər. Rusiya Müdafiə Nazirliyindəki mənbəmiz də bildirdi ki, sülhməramlılar İrəvan üzərindən Qarabağa gedirlər”, - nəşr iddia edib.
Bu iddiaların nə qədər doğru olduğu bəlli deyil, lakin sülhməramlıların rotasiyasının başa çatdığı rəsmi olaraq təsdiqlənib. Artıq Rusiya sülhməramılarının Qarabağda nəzarət zonası yoxdur, onların bölgədə həyata keçirə biləcəyi yeganə fəaliyyət Azərbaycan hərbçiləri ilə birlikdə patrul xidməti yerinə yetirmək və bölgədən çıxarılan erməni silahlı dəstələrindən müsadirə edilən silah-sursatın birlikdə mühafizəsi ola bilər. Bu fəaliyyət üçün kontingentin əvvəlki sayına ehtiyac yoxdur: 44 günük müharibədən sonra bölgəyə yerləşdirilən sülhməramlıların sayı 1960 nəfər olub, açıqlanmasa da, rotasiya prosesində rus hərbçilərin böyük hissəsinin Qarabağı tərk etdiyi, yenilənmiş kontingentin sayının daha az olduğu bəllidir.
Sülhməramlıların İrəvan üzərindən Qarabağa gəlməsi də iddiadan başqa bir şey deyil, hərçənd, bunun texniki olaraq mümkünlüyü istisna edilməməlidir. Çünki Rusiyanın Ermənistanda hərbi hava bazası var və mümkündür ki, yenilənmiş kontingent bu baza üzərindən bölgəyə gətirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət