BMT Azərbaycanın SPECA fonduna maliyyə yardımı ayırmasını alqışlayır
11:34 24.11.2023
Siyasət
489
"SPECA yenindən fəallaşıb. BMT Baş Assambleyası bu yaxınlarda bu proqramla bağlı qətnamə qəbul etdi, bu münasibətlə iştirakçı ölkələri təbrik edirəm".
APA xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, SPECA-nın region üçün əhəmiyyəti daha da artır.
"Bu region ölkələrinin iqtisadiyyatı beş dəfə artıb. Dünyada vəziyyət dəyişib, siyasi çətinliklər artıb, amma eyni zamanda, iqtisadi inkişaf üçün yeni imkanlar, xüsusilə də tranzit logistika zəncirləri açılıb. SPECA öz bölgəsində iqtisadi artımı təmin edə bilib. Xüsusilə də yaşıl iqtisadiyyat sahəsində irəliləyişlər var”.
Tatyana Molçan qeyd edib ki, SPECA çoxtərəfli əməkdaşlığın bariz nümunəsidir:
“Bu platforma çəçivəsində regional bağlantıların potensialını görürük, birgə səylərlə bunu reallaşdıra bilərik. Biz SPECA-nın Etimad Fondunun yaranması ilə bağlı məsələninin tez zamanda həll olunacağını gözləyirik. Azərbaycanın fond üçün könüllü şəkildə vəsait ayırması qərarını alqışlayırıq və inanırıq ki, digər ölkələr də bu fonda töhvə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət