Arda Turanın yazışmaları ortaya çıxdı: “İndi xanımıma nə deyəcəyəm?!”
11:52 24.11.2023
Dünya
570
Futbol dünyasının məşhur ismi Arda Turanın bank müdiri Seçil Erzanla vatsap yazışmaları üzə çıxıb. Vatsap danışıqlarında Arda Turanın çətin vəziyyətdə qaldığı, ağır bir şəkildə, hətta həyat yoldaşının qarşısında da rəzil duruma düşdüyünü çarəsizcə etiraf etməsi gözdən yayınmayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, vatsap yazışmalarından Arda Turanın Seçil Erzanın toruna düşdüyü bəlli olur. Təkcə Arda Turan deyil, futbol dünyasının daha bir neçə məşhur simasından, “Qalatasaray”ın sabiq oyunçuları Emre Belezoğlu, Emre Çolak, Fernando Muslera, Selçuk İnan da olmaqla ümumilikdə 18 nəfərdən fırıldaqçılıq yoluyla 44 milyon dollar məbləğində pul qoparan bank müdiri Seçil Erzanın məhkəməsi hazırda davam edir. Haqqındakı iddiaları məhkəmədə rədd etməyə çalışan S.Erzanın Arda Turanla vatsap yazışmaları isə həqiqəti ortaya qoyur. Məşhur futbolçu yazışmalarında qeyd edir ki, cəmi 20 min dollar pulu qalıb. Nə edəcəyini bilmir, sələmçilərəmi üz tutsun? A.Turanla S.Erzan arasındakı vatsap yazışmalarını məhkəməyə Arda Turan özü təqdim edib. Bank müdiri xanımın saxta “səadət zənciri” adlandırdığı, guya ki, qoyulan pulun əvəzinə daha çox qazanacaqlarını iddia etdiyi oyuna ən çox pul yatıranlardan biri də Arda Turan olub. A.Turan ilk dəfə banka 3 milyon dollar qoyub, əvəzində 1 aydan sonra 1 milyon dollar faiz gəliri əldə edib. Yəni bu, açıq şəkildə sələmə pul verməkdir, sonu da belə olmalıydı, zatən. Haram pul belədir, qazandıqca qazanmaq istəyirsən, şirniklənirsən, sonunun fəlakət olacağını ağlına gətirmirsən. Bunun üçün də insanda ağıl, dərrakə və iman hissi olmalıdır. Arda Turan asan gəlir əldə etmək yolunu tutub, bu yol ona cazibəli görünüb. Qısa müddətdə gəlir əldə etdiyini görən futbolçu bir dostundan da 4 milyon borc pul götürərək yenə banka qoyub. S.Erzanın tamahı da getdikcə artıb və o, yenə pul istəyib. Bu dəfə də A.Turan Eyyub Sütlücədəki torpaq sahəsini sataraq pulunu yenə S.Erzana verib. Bu azmış kimi elə həmin bankdan 33 milyon TL miqdarında kredit götürərək təkrar banka qoyub. Onun ümumi zərəri 7 milyon 500 min dollardır. S.Erzanın fırıldağı üzə çıxınca aralarında baş tutan vatsap yazışmalarında isə məşhur futbolçu “Seçil, sənə dünyanın pulunu verdim, bütün sərvətim səndə idi. İndi nə edəcəyəm, yoldaşıma nə deyəcəyəm?” şəklində narazılıq edib. Sonrakı yazışmalarda da Arda Turan S.Erzana çətin vəziyyətə düşdüyünü yazır: “20 min dollarım qalıb. Uşaqlarımıın, ailəmin ruzisini əlimizdən aldın. Borclarımı bilirsən. Səndə kreditim var. Sabah nə edəcəyəm, sələmçiyəmi gedim?!”. Arda Turan həmkarı Emre Belezoğlunun da çox ağır vəziyyətdə olduğunu yazıb: “O boyda” Emre Belezoğlu... 1 lirə pulu qalmayıb. Sənə yalvardım, Seçil, mənə pul ver, zəlzələdən zərərçəkənlərə yardım edim. Vermədin. Millət məni lağa qoyur, 500 min TL ianə etdim deyə”. Yazışmalarda Fatih Terimin də adı keçir. S.Erzan Fatih Terimin bankdan fayda götürdüyünü söyləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət