5 sahil dövlətinin əməkdaşlığı: Xəzər ittifaqı qurulur
12:54 05.12.2023
Siyasət
572
Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da inkişaf etdirə bilər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlər ilə görüşündə deyib.
“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu, heç bir bürokratik sxemsiz dialoq vasitəsilə artırmaq olar. Bugünkü iclasımız bu vəzifələrə həsr olunub, biz Xəzər sammitlərinin qərarlarının həyata keçirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edən mövzuların geniş spektrini müəyyənləşdirmişik və biz bir sıra praktiki məsələlərə, bir sıra sənəd layihələrinə diqqət yetirəcəyik, onları nəzərdən keçirəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət söyləyib ki, Xəzər dənizi ilə bağlı beş sahil dövlətinin birgə qərar verməsi müsbət hal kimi qiymətləndirilə bilər:
"Amma Xəzər dənizinin ekvatoriyasındakı beş ölkədən ikisi Rusiya və onun yaxın müttəfiqi olan İran bir çox məsələlərdə digər dövlətlərə təsir etməyə çalışırlar. Bunların hər ikisi digər türk dövlətləri olan Azərbaycan, Türkiyə və Türkmənistanı bu cür məsələlərdə daha çox güzəştə getməyə məcbur etmək istəyirlər. Əlbəttə, belə olan şəraitdə Azərbaycan və digər dövlətlər ümumi ortaq məxrəcə gəlməkdə çətinlik çəkirlər. Yəni əgər Xəzər dənizi hövzəsində bütövlükdə qarşılıqlı anlaşma əldə edilməsi üçün çalışılırsa, burada bütün tərəflərin maraqları diqqətə alınmalıdır. Rusiya və İran digər ölkələrin mənafelərinə zidd tələblər irəli sürməməlidir. Bu baxımdan Şura qurulacaqsa, burada heç bir dövlət özünü hegemon saymamalıdır. Xəzər dənizinin sahilindəki bütün dövlətlər bu dənizdən bərabər şəkildə istifadə etmək hüququna sahibdir. Yəni nə Rusiya, nə də İran bu mövzularda digər ölkələrdən artıq deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə