Nazir müavininin oğlu Naxçıvanda yağ satacaq
13:18 05.12.2023
Cəmiyyət
768
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Emin Hacıyevə məxsus "Technoil" MMC daha bir tenderin qalibi olub.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsi şirkətdən 41 682,32 AZN dəyərində sürtkü yağları alacaq.
Beləliklə, "Technoil" MMC-nin 2023-cü ildə qalib seçildiyi tenderlərin sayı 14-ə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Technoil" MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.
Rumidə Zeynalovaya qədər "Technoil" MMC-nin qanuni təmsilçiləri aşağıdakı şəxslər olub:
Həsənli Elvin Əhməd oğlu
Rəfiyev Murad İdris oğlu
Məmmədov Elvin Mirzəhüseyn oğlu
Hüseynov Pərviz Xudaverdi oğlu
Allahyarov Elbrus Tehran oğlu.
Açıq mənbələrdə nə Rumidə Zeynalova, nə də şirkətin qanuni təmsilçisi olmuş digər şəxslər haqqında məlumat var.
"Technoil" MMC-nin Emin Hacıyevə məxsus olduğunu onun özü də müsahibələrində təsdiqləyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.
Şirkətin tenderlərdə qalib gəlməsi də onun nazir müavinin oğluna məxsus olması ilə izah edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə