Gürcüstan Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasına tərəfdardır
13:16 11.12.2023
Gündəm
448
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına da heç bir maneə yoxdur: “Azərbaycan sülhə hazırdır və inanırıq ki, tezliklə sülh müqaviləsi imzalanacaq”.
Şalva Papuaşvili səfər çərçivəsində bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.
Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O, bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.
Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial