
Müharibənin başlanma ehtimalı var? - AÇIQLAMA
23:35 03.04.2024
Siyasət
513
Bakının xəbərdarlığı ünvanına çatıb “Ermənistan tərəfi hansısa məsələdə özünə haqq qazandırmaq üçün bəzi təxribatlara gedə bilər. Onun da cavabı dərhal veriləcək”
Gürcüstan mediası iddia edib ki, Ermənistan qondarma “soyqırımı”nın ildönümü (24 aprel) ərəfəsində Azərbaycana hücum edə, ən azından təxribatlara əl ata bilər. Georgi Mazniaşvili imzası ilə yayımlanan məqalədə Ermənistanın Azərbaycan sərhədlərinə qoşun cəmləməsindən və Cənubi Qafqazda geosiyasi toqquşmadan bəhs olunur. Qeyd edilir ki, Ermənistan “köhnə müttəfiqi” Rusiyadan imtina edir və yeni “patronlarını” - ABŞ və Fransanı regiona dəvət edir. Vurğulanır ki, Rusiya Ermənistanın öz sərhədləri daxilində təhlükəsizliyini təmin edir, lakin onların yad torpaqları işğal etmək planlarından imtina edir: "Buna görə də Ermənistanda rusofobiya dalğası başlandı. İndi ABŞ və Avropa İttifaqı ilə “təhlükəsizlik çətiri” haqqında saziş imzalayacağı Brüssel görüşü ərəfəsində Ermənistan regionda təhlükəsizliyi şübhə altına almaq və müharibəyə başlamaq üçün hər şeyi edir. Qərbyönümlü erməni millətçiləri üçün vaxt daralır. Noyabrda ABŞ-də prezident seçkiləri var. Bu o deməkdir ki, yayın sonu, payızın əvvəli ABŞ-nin Ermənistana ayırmağa vaxtı olmayacaq". Müəllif qeyd edib ki, Demokratlar Partiyasından olan Co Bayden Ağ Evdə olduğu müddətdə erməni lobbisini dinləməyə meyillidir, lakin onun seçkidə yenidən qalib gələcəyi şübhə altındadır: "Erməni millətçiləri qorxurlar ki, 2020-ci il Qarabağ müharibəsində “səssiz” qalan Tramp yenidən prezident seçilsin. Tramp Baydendən fərqli olaraq, daha çox anti-İran mövqeyinə sahibdir. Əgər o seçilsə, o zaman İrana qarşı ABŞ-Ermənistan müttəfiqliyi yaranacaq, bu halda Tehran İrəvana dözməyəcək. Bu situasiyada Ermənistan yeni “patronlarını” bölgəyə gətirmək və “təhlükəsizlik çətiri” qazanmaq üçün eskalasiyaya gedə bilər. Bunu qondarma “soyqırımı” ərəfəsində edə bilərlər".
İddialarla bağlı "Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət deyib ki, Ermənistanın Azərbaycana hücum etmək üçün canı yoxdur. Ekspert bildirib ki, hazırda Ermənistanı idarə edən Baş nazir Nikol Paşinyan da, onun hökuməti də bu reallığı yaxşı başa düşür:

"Ara-sıra bu istiqamətdə hay-küylü bəyanatlar verilsə də, Ermənistan Azərbaycana hücum edəcək gücdə olmadığının fərqindədir. Hətta Fransa və digər ölkələrin təhrikinə rəğmən, İrəvan o cür ağılsız addımı atmaz. Düzdür, hazırda şərti sərhədlərə qoşun və hərbi texnika cəmlənir, lakin ermənilərin, xüsusən 24 aprel - qondarma erməni "soyqırımı" ərəfəsində genişmiqyaslı hücuma əl atacağı, müharibəyə başlayacağı ehtimalı çox azdır. Azərbaycanın hərbi gücü Ermənistana da, onun havadarlarına da bəllidir. Ancaq müəyyən təxribatların olması mümkündür. Ermənistan tərəfi hansısa məsələdə özünə haqq qazandırmaq üçün bəzi təxribatlara gedə bilər. Onun da cavabı dərhal veriləcək. Artıq rəsmi Bakı xəbərdarlıq edib ki, istənilən təxribatlara qarşı adekvat addımlar atılacaq və bunun da məsuliyyəti İrəvanın üzərində olacaq. Görünür, Azərbaycanla Ermənistanı yenidən müharibə müstəvisində görmək arzusunda olan üçüncü tərəflər gərginlik yaranması üçün münaqişə ilə bağlı informasiyaların yayılmasında maraqlıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil