Mərmərə dənizində 3,5 maqnitudalı zəlzələ baş verib

Mərmərə dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar İstanbulda da hiss olunub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ oktyabrın 10-da saat 22:08-də baş verib. Yeraltı təkanların episentri Yalova şəhərindən 4,6 kilometr məsafədə, ocağı isə 7,96 kilometr dərinlikdə yerləşib.

Zəlzələni hiss edən bəzi İstanbul sakinləri küçələrə çıxıblar.