Tayvan sülhün qorunmasına sadiqdir, lakin öz azadlığından və demokratik idarəetmə sistemindən imtina etməyəcək.
APA xəbər verir ki, bunu Tayvan prezidenti Lay Çinq-te deyib.
O, Tayvanın regionda sabitliyin qorunmasında maraqlı olduğunu vurğulayıb.
Pekin isə Tayvan rəhbərliyinin mövqeyini separatçılığın təşviqi kimi qiymətləndirir və adanın Çinin ayrılmaz hissəsi olduğunu bildirir.
Qeyd edək ki, Tayvan boğazında gərginlik Çin hərbi qüvvələrinin ada ətrafında keçirdiyi təlimlər və Pekinin Tayvan üzərində suverenlik iddiaları fonunda davam edir.