Nizami Quliyev: Hazırda məqsədli nikah Azərbaycanda aktualdır
Nizami Quliyev: Hazırda məqsədli nikah Azərbaycanda aktualdır
10:27 03.06.2024
Sosial
464
Hazırda məqsədli nikah Azərbaycanda aktualdır.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.
O bildirib ki, bu problem dünyada da aktualdır: “Bununla mübarizə tədbirləri çox ciddidir. Bir çox ölkələrdə azadlıqdan məhrum etmə, cərimə kimi cəzalar var. Bizim apardığımız tədbirlərdən biri qanunsuz miqrasiya ilə mübarizədir. Biz uzun müddət ölkədə qeyri-qanuni yaşamış şəxsi müəyyən edirik. Məlum olur ki, 10 gün bundan qabaq o, nikah bağlayıb. Bu zaman biz onu ölkədən deportasiya edə bilmirik, ölkəyə girişinə qadağa qoya bilmirik. Ona görə nikaha girən şəxslərdən biri əcnəbi olanda onun ölkədə qanuni olması nəzərə alınmalıdır. Bu layihə bizim üçün çox vacibdir. Nikaha daxil olan qeyri-qanuni miqrant olan əcnəbi əmək bazarında iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul ola bilir”.
Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsinin rəisi Hüseyn Hüseynov qeyd edib ki, təcrübədə miqrasiyanın tələblərindən qaçmaq üçün saxta nikahlara rast gəlinir: “Respublika ərazisində nikah Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən bağlanır. Xaricdə isə bu hüquqa Azərbaycanın səfirlik və konsulluqları malikdir. Daimi nümayəndəliklərin konsulluq məsələləri ilə bağlı hər hansı səlahiyyət həyata keçirə bilməz. Xaricdə Azərbaycan vətəndaşlarının nikahı səfirlik və baş konsulluqda bağlanıla bilər. Xarici dövlətdə bağlanılan nikahların ölkə ərazisində tanınması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tanıya bilər”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm