
Cinayət varsa, cəzası mütləq olmalıdır - RƏY
11:28 23.11.2024
Siyasət
380
Netanyahuya çıxarılan həbs qərarı bütün zalımlara verilən bir mesajdır
“İsrail hazırda məsum tərəf deyil. Fələstində, Qəzzada körpələri öldürənlər kimliyindən asılı olmayaraq mütləq cəzalandırılmalıdır"
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib. Beynəlxalq Cinayət Məhkəməsi həmçinin İbtidai Məhkəmə Palatası yekdilliklə İsrailin Roma Statutuna uyğun olaraq çağırışlarını rədd edən iki qərar qəbul edib. BCM qərarını şərh edən Netanyahu geri addım atmayacağını söyləyib: "Bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq". İsrail Prezidenti İsaak Hersoq məhkəmə qərarını "ədalət və insanlıq üçün qara gün" adlandırıb: "BCM-nin vicdansız və hədsiz qərarı universal ədaləti ümumbəşəri istehzaya çevirdi" . ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyası həbs qərarına görə Beynəlxalq Cinayətlər Məhkəməsinə qarşı cəza tədbirlərinin planlaşdırıldığını bildirib. Trampın komandası BCM-in baş prokuroru Kərim Xan, eləcə də order verən hakimlərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə hazırlaşır.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel isə Netanyahu və Qalantla bağlı həbs qərarı dəstəkləyib. Borel sözügedən şəxslərin həbsi ilə bağlı qərarın hörmət edilməli və icra edilməli olduğunu bildirib, qərarın siyasi olmadığını vurğulayıb. Qeyd edək ki, BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur. BƏM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya və Avstraliya daxildir. Yaxın Şərq regionunda Fələstin və İordaniya BƏM üzvləridir. Amma İsrail və ABŞ Roma Statutuna qoşulmayıb. Fransa, Kanada və Niderland kimi İsrailin müttəfiqləri də daxil olmaqla, üzv dövlətlərin bir sıra liderləri orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər. Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və sabiq müdafiə naziri Qallantın həbsi ilə bağlı order verməsi hüquq adına çox əhəmiyyətli qərardır. Ekspertə görə, burada söhbət şəxsiyyətlərdən yox, hüququn tətbiqindən gedir:

"Hüquq selektiv yanaşmanı qəbul etmir, konkret hansısa şəxsə üstünlük vermir. İstəyir qlobal güc, onun havadarlıq etdiyi dövlət olsun, istəyirsə də bütün qlobal maliyyə şəbəkələrini əldə tutan ölkə olsun, fərq etməz, əgər cinayət varsa, cəzası mütləq olmalıdır. Prinsip budur. Ancaq təəssüf ki, bəzi hallarda hüquqi instansiyalar ədaləti özündə əks etdirməyən qərarlar verirlər. O baxımdan BCM-nin qərarı hələ də hüquq adına fəaliyyət göstərən şəxslərin qaldığını ortaya qoyur. Bu qərar bütün zalımlara verilən bir mesajdır. İsrail nə qədər özünümüdafiə hüququndan istifadə etdiyini bəyan etsə də, bu gün Qəzzada, Fələstində öldürdüyü insanlar terrorçu saydığı HƏMAS təşkilatının üzvlərindən dəfələrlə çoxdur. Mülki şəxslər qətlə yetirilib və bunların üçdə bir hissəsi körpə uşaqlardır. Məsələyə bu prizmadan, bu pəncərədən baxsaq, verilmiş qərara haqq verə bilərik".
Analitik vurğulayıb ki, ABŞ-nin yeni Administrasiyasının Beynəlxalq Cəza Məhkəməsini cəzalandıracağını bəyan etməsi hüquqsuzluqdur və heç bir çərçivə-sərhəd tanımamazlıqdır: "Bu cür qərarlar kimin necə insan olduğunu da ortaya qoyur. Hüququn üstünlüyünü tanıyan və ona hörmət göstərən bəzi Avropa ölkələri BCM-nin qərarına uyacaqlarını açıq şəkildə bəyan ediblər. Bu da normal, hüquqi qərardır. Hüquqi qərarların əleyhinə çıxmaq ədalətin pozulmasına, bərqərar olmamasına gətirib çıxarır. Hüquq əsasən dəlillərlə işləyir və bəzən bu dəlilləri manipulyasiya edərək qarşı tərəfin əleyhinə də çevirmək mümkün olur. Yüksəkixtisaslı vəkillər çox rahatlıqla cinayətkarları müdafiə edərək həbsdən xilas edə bilirlər. Ona görə də ədalət və hüquq sadəcə dəlillərlə ortaya çıxmır. Ədalət suçlunu və məsum olanı araşdırıb ortaya çıxarmaqdır. Reallıq odur ki, İsrail hazırda məsum tərəf deyil. Fələstində, Qəzzada körpələri öldürənlər kimliyindən asılı olmayaraq mütləq cəzalandırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya