Dr. Zeynep Topal Serdar: İvanişvili daha mülayim Baş nazir gətirərək siyasi atmosferi yumşalda bilər
08:35 13.12.2024
Siyasət
465
Gürcüstan KİV-i məlumat yayıb ki, Baş nazir İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.
Məlumatda bildirilib ki, artıq hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.
Qeyd edək ki, İvanişvili yaxın zamanda Makronla telefon danışığı zamanı Kobaxidzenin istefasını sürətləndirəcəyini bildirib.
İrakli Kobaxidzenin mümkün istefasının təsirləri haqqında "Sherg.az"a açıqlama verən Dr. Zeynep Topal Serdar bildirib ki, Gürcüstan müstəqillik qazandıqdan sonra ərazi bütövlüyünü qorumaqda və daxili sabitliyi təmin etməkdə çətinliklərlə üzləşib:
"2024-cü ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkiləri sonrası Tbilisidə etirazlar davam edir. Etirazların səbəbləri dərindən araşdırılmalıdır. Gürcüstan müstəqillik qazandıqdan sonra ərazi bütövlüyünü qorumaqda və daxili sabitliyi təmin etməkdə çətinliklərlə üzləşib. 2003-cü ildəki Qırmızıgül İnqilabından sonra Saakaşvili hakimiyyətə gəlib və Gürcüstan Qərb yönündə inkişaf edib. Lakin 2012-ci ildən sonra "Gürcü Arzusu" Koalisiyası hakimiyyətə gəlib və ölkə Qərbdən uzaqlaşmağa başlayıb. 2023-cü ilin martında qəbul olunmağa çalışılan "Xarici Təsirin Şəffaflığı Qanunu" Gürcüstan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilib. Bu qanun, Rusiyada tətbiq olunan "Rusiya Agentləri Qanunu"na bənzədilib. 2024-cü ilin aprelində bu qanun yenidən təqdim edilib, qeyri-hökumət təşkilatlarının və media orqanlarının qeydiyyata alınması tələb olunub. 14 may 2024-də qanun parlamentdə qəbul edilib, amma Prezident Zurabişvili tərəfindən veto edilib. Lakin parlament qanunu yenidən qəbul edib və 3 iyun 2024-də imzalanıb. Seçkilərin saxtalaşdırıldığı iddiaları ilə etirazlar davam edir. Kobaxidzenin istefası isə, etirazları dayandıra bilər".
Ekspert əlavə edib ki, Tbilisidə son dövrlərdə maskalı qrupların təxribatçı hərəkətləri artıb:
"Gürcüstan üçün ən vacib məsələ, ölkənin təhlükəsizliyini təmin etmək və təxribatçı fəaliyyətləri dayandırmaqdır. Gürcüstanda etirazların əsas səbəbi hökumətin Avropa İttifaqına üzvlük əvəzinə Rusiyaya meyl etməsidir. 2023-cü ilin martında təqdim olunan qanun, beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalıb. 2024-cü ilin iyununda Beynəlxalq Amnistiya təşkilatı, hökumətin müstəqil vətəndaş cəmiyyətini məhdudlaşdırmağa çalışdığını bildirib. Avropa Birliyi isə qanunun AB dəyərləri ilə uyğun olmadığını qeyd edib və bunun Gürcüstanın AB-yə inteqrasiya yolunda əngəl yaratdığını vurğulayıb. Ümumiyyətlə 2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğalından sonra Gürcüstan AB-yə üzv olmaq üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa Şurası Gürcüstanın müraciətini qəbul edib, amma bir sıra şərtlər irəli sürüb. Şərtlərin yerinə yetirilməməsi nəticəsində Gürcüstan üzvlük statusu əldə etməyib və etirazlar başlayıb. 2024-cü ilin oktyabr seçkilərindən sonra Avropa Parlamenti seçkilərin yenidən keçirilməsini tələb edib. Baş nazir İrakli Kobaxidze isə Avropa siyasətçilərinin Gürcüstanın daxili işlərinə qarışmasını tənqid edərək, AB ilə müzakirələrin 2028-ci ilə qədər başlanmayacağını bildirib. Kobaxidzenin istefası, Gürcüstanın beynəlxalq ictimaiyyətlə münasibətlərini düzəldə bilər".
Dr. Zeynep Topal Serdar qeyd edib ki, Bidzina İvanişvili, "Gürcü Arzusu" Partiyasının qurucusu və milyarder dəstəkçisidir:
"2023-cü ilin sonunda partiyada yarı-rəsmi siyasi rol alıb. 2024-cü ilin əvvəlində Baş nazir İrakli Qaribaşvili istefa verib və yerinə İrakli Kobaxidze təyin edilib. Kobaxidze, əvvəllər Rusiyaya yaxın mövqeyini bildirdiyi üçün bölücü fiqur olaraq qəbul edilir. Bidzina İvanişvili və Baş nazir Kobaxidze, “Xarici Təsir Qanunu”nun tərəfdarlarıdır. İvanişvili, bu qanunun Gürcüstanın suverenliyini gücləndirəcəyini bildirib. Son illərdə hökumətin qərarları, əhalinin böyük əksəriyyətinin dəstəklədiyi Avropa İttifaqına qoşulmaq istəyilə Rusiyaya artan yaxınlaşma arasında sosial gərginlik və hökumət əleyhinə etirazlar yaranıb. "Gürcü Arzusu" hakimiyyəti, Rusiyaya yaxın mövqeyini qoruyacaq, amma İvanişvili daha mülayim bir Baş nazir gətirərək siyasi atmosferi yumşalda bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm