Əməliyyat üçün ən ideal gün: Bazar ertəsi, yoxsa cümə? - ARAŞDIRMA
Əməliyyat üçün ən ideal gün: Bazar ertəsi, yoxsa cümə? - ARAŞDIRMA
Yusif Nəzərli
17:55 20.04.2025
Sağlamlıq
657
Kadir Kaymakçı
Pilləkən altından keçməmək, qara pişik görəndə yolunu dəyişmək, 13 rəqəminin uğursuz olduğuna inanmaq kimi batil inanclara çox da əhəmiyyət vermirəm... Amma nə bilim, bəzən taxtaya vururam, ya da illər əvvəl süni örtüklü sahədə futbol oynaya bildiyim vaxtlar sahəyə sağ ayağımla daxil olurdum.
Bir dostum viza görüşünə gedərkən uğur gətirsin deyə alt paltarını tərs geyindiyini demişdi... Hələ pasport səfirlikdədir – cavabdan asılı olaraq bəlkə mən də bu üsulu yoxlayaram. İnsanların batil inancları haqqında çox şey eşitmişəm. Özünü yaxşı hiss edirsə, məncə heç bir problem yoxdur! Axşamlar dırnaq kəsməyin uğursuz olduğuna inanan birinə nə demək olar ki?
Amma bir dostum var – onun halı biraz ironiya doğururdu... ta ki dünən bir yazı oxuyana qədər!
Bir neçə ay əvvəl o, kiçik bir əməliyyat keçirəcəyini dedi. Elə böyük bir sağlamlıq problemi deyildi, amma həkim bu “kiçik əməliyyatı” tövsiyə etmişdi. Əməliyyat üçün şənbə gününü təklif etdilər. Dostum isə “Mən şənbə günü əməliyyat olmuram” dedi. Mən daha vacib bir işi olduğunu düşündüm, amma “Yox, sadəcə şənbə günü mənə uğursuz gəlir, əməliyyat olmuram” dedi. Niyəsini bilmir, sadəcə içindən gəlirmiş belə – şənbə günü əməliyyat olmazmış. Başda da dediyim kimi, heç kəsi hisslərinə görə mühakimə etmirəm. Həkimdən həftə içi başqa günə təyin alıb, əməliyyatı çərşənbə axşamı günü etdirdi. İndi maşallah çox yaxşıdır.
Onun bu “şənbə” inadını da unutmuşdum – ta ki dünən "Vox"-da yayımlanan xəbəri oxuyana qədər!
Amerika Tibb Assosiasiyası Jurnalı (JAMA) tərəfindən ABŞ və Kanadadan olan ondan çox elm adamı cümə günü edilən əməliyyatların nəticələrini araşdırıb. Kanadanın Ontario şəhərində 2007–2019 illəri arasında ən çox rast gəlinən 25 cərrahi müdaxilədən birini keçirmiş 450 mindən çox xəstənin məlumatları araşdırılıb.
Nəticəyə görə: Cümə günü əməliyyat olunan xəstələr, bazar ertəsi əməliyyat olunanlara nisbətən qısa, orta və uzunmüddətli fəsadları daha çox yaşayıblar!
Bundan əvvəlki tədqiqatlar da müxtəlif ölkələrin səhiyyə sistemlərində oxşar nəticələr verib. Məsələn, Böyük Britaniyada aparılan bir araşdırma göstərib ki, bazar ertəsi günləri edilən əməliyyatlar 30 gün sonra daha yaxşı nəticələr verib. Niderlandda edilən bir başqa araşdırmada isə cümə günü edilən əməliyyatlardan sonra ölüm hallarının bazar ertəsinə nisbətən daha yüksək olduğu müəyyən olunub.
Bu nəticə artıq ölkə fərqi olmadan qlobal bir tendensiya kimi qiymətləndirilir. ABŞ-da aparılan digər araşdırmalar da bunu təsdiqləyib.
Araşdırma bütün cərrahiyyə sahələrini – ortopedik cərrahiyyə, damar cərrahiyyəsi və ginekologiya da daxil olmaqla – əhatə edib. Xəstələr bir il ərzində izlənilib və onların əməliyyatdan sonra ölüb-ölmədiyi, yenidən xəstəxanaya yatırılıb-yatırılmadığı və ya infeksiya kimi hər hansısa bir komplikasiya yaşayıb-yaşamadıqları izlənilib.
Nəticəyə görə, cümə və cümə axşamı əməliyyat olunanlar, bazar ertəsi və çərşənbə axşamı əməliyyat olunanlara nisbətən orta hesabla 5% daha çox fəsadla qarşılaşıblar. Bu təsir ürək və damar əməliyyatlarında daha güclü, ginekoloji və estetik əməliyyatlarda isə demək olar ki, yox dərəcəsində olub.
Tədqiqatçılar bu nəticənin səbəbləri arasında həftə sonları xəstəxanalarda daha az sayda və təcrübəsiz personalın işləməsini göstərirlər. Rhode Island Universitetindən professor Betty Rambur deyir: “Az personal və təcrübəsiz personalın kombinasiyası komplikasiyaların artmasına səbəb ola bilər.”
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr xəstəxana rəhbərlərinə cümə və həftə sonları üçün personal planlamalarını yenidən gözdən keçirmə ehtiyacı barədə siqnal verməlidir.
Dostumun şənbə günü əməliyyatdan qaçması əvvəllər mənə yersiz bir batil inanc kimi gəlirdi. Bu yazını oxuyandan sonra onu zəng edib məlumatlandırdım. O isə güldü, üç dəfə taxtaya vurub “Şeytanın qulağına qurşun, verdiyim sədəqəymiş” dedi...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya