
Politoloq: Paşinyan yarımçıq sülhün imzalanmasına tələsir
Yusif Nəzərli
02:03 30.05.2025
Siyasət
450
Indiki mərhələdə imzalanacaq sülh sənədi Ermənistan Konstitusiyasına zidd olacaq və sadəcə Paşinyanın siyasi və marginal maraqlarına xidmət edəcək
Paşinyan yarımçıq sülhün imzalanmasına tələsir
Baş nazir seçki ərəfəsində referendumdan yayına bilər
İrəvan və Bakı sülh sazişinin imzalanma tarixini müəyyən etmək üçün ikitərəfli məsləhətləşmələri davam etdirir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir həmçinin qeyd edib ki, Türkiyə ilə də fəal dialoq aparılır. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, Azərbaycanla Ermənistan arasındakı sülhyaratma prosesində irəliləyiş müşahidə olunur. O söyləyib ki, sülh gündəliyi tam olaraq reallaşmasa da bu məsələ ilə bağlı nəticələr var. A.Qriqoryan tərəflər arasında mütəmadi diplomatik təmasların olduğunu da açıqlayıb. Ermənistan TŞ katibi Azərbaycanla sərhədin demarkasiyasından da danışıb. Qriqoryan bildirib ki, sərhədlərin demarkasiyası prosesi yerində dayanmır: "Baş nazirlərin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və çalışmağa davam edir". O qeyd edib ki, son razılaşmalara əsasən, demarkasiya Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən bir qədər aşağıda davam edəcək və danışıqlarla həll yollarına nail olmağa çalışılacaq.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, əgər Ermənistan tərəfi 2026-cı ilədək referendum keçirməsə, Konstitusiyanı dəyişdirməsə, sülh müqaviləsi də olmayacaq. Analitik qeyd edib ki, Ermənistan tərəfi birmənalı deyir ki, Konstitusiya dəyişikliyi və referendum məsələsi 2027-ci ildə baş tuta bilər:

"Yəni 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə, referenduma gedəcək və Konstitusiyanı dəyişdirəcək. Bundan sonra sülh müqaviləsinin imzalanması mümkün olar. Azərbaycan indiki dövrdə tələm-tələsik sülh sazişinə imza atmaqda maraqlı deyil. Hazırda yarımçıq sülhün imzalanmasında tələsən məhz Paşinyandır. Baş nazir çalışır ki, nəyin bahasına olur-olsun sülh müqaviləsinə imza atsın və 2026-cı ildə daxili auditoriyaya bəyan etsin ki, o, Azərbaycanla sülh bağladı. Bununla əlini gücləndirmək istəyir. Lakin dəfələrlə vurğulanıb ki, indiki mərhələdə imzalanacaq sülh sənədi Ermənistan Konstitusiyasına zidd olacaq və sadəcə Paşinyanın siyasi və marginal maraqlarına xidmət edəcək. Təbii ki, Azərbaycan buna getməyəcək. Ermənistan istəsə bir aydan sonra da referendum keçirə bilər. Yubatmağın səbəbi odur ki, Paşinyan seçki ərəfəsində referenduma getmək istəmir. Ermənistan müxalifəti son dövrdə fəallaşıb. Onlar referendumu anti-təbliğat kimi dövriyyəyə buraxacaqlar və iddia edəcəklər ki, N.Paşinyan bir çox əraziləri Azərbaycana verəcək. Baş nazir bundan ehtiyatlanır və seçkiyə kimi referenduma getmək istəmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm