Tofiq Zülfüqarov: “Ermənistan sülh görünüşü yaratmaqla şərtlərini realizasiya etməyə çalışır”
Yusif Nəzərli
09:56 31.05.2025
Siyasət
832
“Sülh sazişi imzalandıqdan sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə başlayacaq”
“Biz İrəvanı sülhə məcbur edəcəyik”
Tofiq Zülfüqarov: “Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli sülh tələb edir, Ermənistan sadəcə görünüş yaratmaqla məşğuldur”
"Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar". Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, xatırladıb ki, ermənilər hələ Qarabağda yaşayarkən azərbaycanlılarla alış-veriş ediblər, konyak satıb pul alıblar: "Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik kimi illüziyalarla yaşamağı dayandırın". Simonyan həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır: "Bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq, bununla barışacaqlar. Başa düşürəm ki, azərbaycanlılar ermənilərin nə vaxtsa Bakıya qayıdıb yaşamaq məcburiyyətində qalması ilə bağlı sözlərimi ağır qəbul ediblər. Amma qəribədir ki, bunu Qarabağdan qaçan bəzi keçmiş məmurlar, zibillik pişikləri, məşhur "Facebook" fahişələri və Köçəryan-Serj zooparkında qalan heyvanları da edir. Sülh bağlanandan sonra Türkiyə və Azərbaycanla ticarət etməməliyik? Bəlkə, öz tərəfimizdən də sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edirlər". Simonyan təkrarlayıb ki, Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar: "Müharibə olmayacaq, sülh olacaq".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında deyib ki, biz bu cür stereotiplərdən uzaq olmalıyıq. Keçmiş XİN başçısı qeyd edib ki, sülh ilk növbədə bizə lazımdır:
"Sülh prosesinin təməlini qoyan məhz Azərbaycan tərəfidir. 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra sülh təşəbbüsü irəli sürmüşük, əsas prinsipləri qarşı tərəfə təqdim etmişik. Hazırda danışıqlar davam edir, müzakirələr aparılır. Ermənistan hökuməti, o cümlədən A.Simonyan kimiləri elə görüntü yaratmaq istəyirlər ki, guya İrəvan birmənalı sülhün tərəfindədir, Azərbaycan isə bunun əleyhinə çıxır. Əslində, Ermənistan sülhün əldə olunmasını deyil, öz şərtlərini reallaşdırmaq niyyətindədir. Hər fürsətdə sülh görüntüsü yaratmağa çalışmaqlarının məqsədi budur. Ermənistanın niyyəti aydındır və onların istəklərinin reallaşmasına imkan verilməyəcək. Azərbaycan öz tələblərini açıq-aşkar beynəlxalq ictimaiyyətə, o cümlədən Ermənistana çatdırıb. Cənab Prezidentin dediyi kimi, "indi top Ermənistan tərəfdədir".
T.Zülfüqarov vurğulayıb ki, uzunmüddətli uydurma təbliğatın nəticəsində Ermənistan cəmiyyəti bir növ sağalmaz xəstəliyə düçar olub:
"Qatı millətçilik və faşist ideologiyası ilə xəstələniblər. Ermənilər bundan xilas olmaq üçün mövcud reallıqları görməlidirlər. Təəssüflər ki, Ermənistanın siyasi elitasının daxilində populizm üslubları qalmaqdadır. Bəziləri erməni toplumunu revanşa səsləyirlər, guya təzə müttəfiq qazanaraq Azərbaycanı məğlub edəcəklər. Reallıqlardan uzaq siyasi addımlar Ermənistana müsbət heç nə gətirməyəcək. Azərbaycan sülh istəyir, amma ədalətli sülh istəyir. Beynəlxalq qanunlara və təklif etdiyimiz prinsiplərə əsaslanan sülhün imzalanmasını tələb edirik. Ermənistan isə sadəcə sülh görüntüsü yaradır. Vəziyyəti elə həddə çatdırmaq istəyirlər ki, öz Konstitusiyalarında Azərbaycana ərazi iddiası qaldığı halda Azərbaycanla sülh müqaviləsini imzalasınlar. Belə sülh olarmı? Əlbəttə, yox. Əminəm ki, Azərbaycanın siyasəti nəticəsində Ermənistan da bu siyasəti qəbul edəcək. Biz İrəvanı buna məcbur edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual