Altsheymer riskini azaldan içki: Hər gün 1 fincan için
Yusif Nəzərli
02:00 04.06.2025
Sağlamlıq
518
Qəhvə ən çox sevilən içkilərdən biridir. Yalnız ləzzətli dadı ilə deyil, həm də sağlamlığa faydaları ilə tanınan qəhvə üzərində aparılan yeni araşdırma bu içkinin daha bir faydasını ortaya çıxarıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Harvard Universitetində aparılan araşdırma qəhvənin təkcə enerjiverici deyil, həm də qocalmanı ləngitdiyini ortaya çıxarıb. Harvard Universitetində aparılan və 30 ildən artıqdır davam edən əhatəli bir araşdırmada, müntəzəm olaraq kofeinli qəhvə istehlak edən qadınların sonrakı yaşlarda həm fiziki, həm də ruhi sağlamlıqlarını qoruma ehtimalının daha yüksək olduğu müəyyən edilib. Araşdırmaya rəhbərlik edən doktor Sara Mahdavi 1984-cü ildən bu yana 47 min qadının qidalanma, həyat tərzi və sağlamlıq məlumatlarını araşdırıb. Mahdavi, "Sağlam qocalmanı 70 yaşa qədər xroniki xəstəliklərdən uzaq durmaq, zehni və fiziki funksiyaları qorumaq, ruhi sağlamlığı qorumaq və hərəkət qabiliyyətini itirməmək olaraq təyin edirik" deyib. Araşdırmaya görə, hər gün istehlak edilən əlavə bir fincan qəhvə (təxminən 240 ml və ya 80 mq kofein) sağlam qocalma ehtimalını 1 faiz artırır. Gündə təxminən 2,5 fincan qəhvə içən qadınlarda bu nisbət 5 faizə qədər yüksəlir. Tədqiqatçılar kofeinsiz qəhvə və ya çayın oxşar təsir göstərmədiyini qeyd edirlər. Məlumatlara görə, orta yaş qrupunda (45-60 yaş) sağlam qadınlar gündə orta hesabla 315 mq kofein qəbul edirlər. Bu miqdarın böyük hissəsi qəhvədən əldə edilir. Bu fərdlər sonrakı illərdə həm fiziki funksiyalarını, həm də idrak bacarıqlarını daha yaxşı qoruya bilirlər. Tədqiqatın başqa bir təəccüblü nəticəsi şəkərli sərinləşdirici içkilərlə bağlıdır. Gündə bir stəkan qazlı içki qəbul edən qadınlarda sağlam qocalma ehtimalı 19 faiz azalır. Həmçinin müəyyən edilib ki, bu içkilər sağlam qocalma kriteriyalarına cavab vermə ehtimalını 25 faiz azaldır. S.Mahdavi "əvvəlki tədqiqatlar qəhvəni yalnız fərdi sağlamlıq nəticələri ilə əlaqələndirirdi. Bizim tədqiqat qəhvənin üç onillik müddət ərzində yaşlanmanın bir çox sahələrində təsirini hərtərəfli qiymətləndirən ilk elmi araşdırmadır”, söyləyib. Uzunmüddətli məlumatlar göstərir ki, qəhvə istehlakı təkcə enerji səviyyələrini artırmır, həm də altsheymer, diabet, yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi ümumi sağlamlıq vəziyyətlərindən qoruyur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya