
Dönərxanalarda sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - EKSPERT
Yusif Nəzərli
13:08 09.06.2025
Sağlamlıq
483
Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbi məlum olub. APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucovun jurnalistlərə verdiyi açıqlamaya görə, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb: "Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan qida təhlükəsizliyi institunun labaratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Qurum rəsmisi bildirib ki, baş verən hadisə həm mövsümlə də, həm də məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər:
"Araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanılması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib, qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahidələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, böyük əksəriyyətlə qida zəhərlənmələrinin əsas səbəbləri arasında məhsulların düzgün saxlanılmaması, hazırlanma prosesində sanitar-gigiyenik normaların pozulması, vaxtı keçmiş məhsulların istifadəsi dayanır:

“Dönər kimi tez hazırlanan və çox istehlak olunan məhsulların xüsusi nəzarətə ehtiyacı var. Ət məhsullarında kütləvi zəhərlənməyə səbəb olan əsas bakteriyalar salmonella, e. coli, staphylococcus aureus və clostridium perfringens kimi mikroorqanizmlərdir. Bu bakteriyalar düzgün bişirilməmiş, uzun müddət açıq havada və düzgün olmayan temperaturda saxlanılmış ət məhsullarında sürətlə çoxalır və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Məsələn, salmonella orqanizmə daxil olduqda qızdırma, ürəkbulanma, qusma və ishal kimi əlamətlərlə özünü göstərir. Belə halların qarşısını almaq üçün dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır. Yalnız baytar nəzarətindən keçmiş, sertifikatlı ət məhsullarından istifadə olunmalıdır. Çiy ət +2°C ilə +4°C arasında, bişmiş ət isə maksimum +8°C temperaturda saxlanmalıdır. Ətin daxilində temperatur minimum 75°C olmalıdır ki, patogen mikroorqanizmlər məhv edilsin. İşçilər əl yuma qaydalarına ciddi riayət edilməli, birdəfəlik əlcəklərdən istifadə olunmalıdır. Həmçinin iş masaları, bıçaqlar və digər alətlər hər istifadədən sonra mütləq dezinfeksiya olunmalıdır. Nəzərə almaq lazımdır ki, bişmiş dönər 2 saat ərzində istehlak edilməli və qalan hissələr saxlanmamalıdır. Xüsusilə ictimai iaşə obyektlərində mütəmadi olaraq sanitar-epidemioloji yoxlamaların aparılması və maarifləndirmə işlərinin gücləndirilməsi bu cür xoşagəlməz halların qarşısını almaqda mühüm rol oynaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya